Səhiyyə Nazirliyi "donuz qripi" ilə bağlı xəstəxanaların gücləndirilmiz iz rejiminə keçməsi üçün qərar verdi
Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ölkənin səhiyyə ocaqları sözügedən xəstəliklə bağlı hazır vəziyyətə gətirilib.
Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb. Xüsusiylə də uşaq poliklinikaları, məktəb və uşaq bağçalarında daha fəal tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hazırda Azərbaycanda "donuz pripi"nə (A/H1N1) üç yoluxma faktı qeydə alınıb. Xəstələrdən ikisi Ağciyər Xəstəlikəri İnstitunda, digəri isə evdə müalicə kursu keçir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08