Rusiya prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Hacı Allahşükür Paşazadəni 60 illik yubileyi və 30 illik ali dini lider seçilməsi münasibətilə təbrik edib. Müstəqil İnformasiya Agentliyi RİA Novosti-yə istinadən xəbər verir ki, Medvedev A.Paşazadəni "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.