Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) 12 min 445 nəfərə namizədi qeydə alınıb. YAP-ın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Dairə Seçki Komissiyalarına imza vərəqələrini təqdim etmiş YAP təmsilçilərinin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması prosesi davam edir. Qeyd edək ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.