Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Kler Diessano ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri, seçki kampaniyası dövründə üzə çıxan problemlər müzakirə edilib. Kampaniya dövründə Müsavat partiyası ilə Avropa Şurası arasında informasiya mübadiləsi və əməkdaşlığın zəruriliyi qeyd olunub. Məlumatda o da bildirilir ki, görüşdə partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı da iştirak edib.