Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovun bir müddət əvvəl geri çağırılması, onun fəaliyyəti barədə bəzi məlumatların dövriyyəyə buraxılmasına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, keçmiş səfirin fəaliyyətində bəzi neqativ hallar olub. Hətta dipolmatik mənbələrdən aldığımız məlumatlarda iddia edilir ki, guya səfirin bu və ya digər əməlləri araşdırılacaq. Səfirlikdə maliyyə məsələlərinin araşdırılacağı da istisna edilmir və ciddi araşdırma aparılacağı təqdirdə A.Həsənovun həbs ediləcəyi bildirilir. Bununla bağlı A.Həsənovla əlaqə yavratmaq cəhdələrimiz alınmasa da, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla əlaqə yaratdıq. E.Poluxov isə A.Həsənovun fəaliyyətinin yoxlanılacağına dair məlumatsız olduğunu bildirdi və ?mən bu məsələni nə təsdiq, nə də təkzib edə bilmərəm?,-dedi.