Vaşinqtonda təhlükəsizlik məsələlərinə dair illik Azərbaycan-Amerika məsləhətləşməsi keçirilib. Sayca 11-ci olan təhlükəsizlik məsələsinə dair ikitərəfli məsləhətləşmədə vəzifəli dövlət adamları, mühafizə orqanları rəhərləri və hər iki tərəfdən təhlükəsizlik məsələlərinə dair mütəxəssislər iştirak edib. Görüşdə iştirak etmiş xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, məsləhətləşmədə NATO strateji konsepsiyasının inkişafı və tərəfdaş ölkələrin əlaqələrinin inkişafı, təhlükəsizlik təminatı, Avroatlantik məkanda inteqrasiya prosesləri, Əfqanıstanla bağlı tərəfdaş ölkələrinin töhfələri, tranzit məsələləri, Əfqanıstana müxtəlif koridorlardan istifadə olunması ilə tranzitin təmin olunması, enerji təhlükəsizliyi sahəsində bəzi kritik infrastrukturların müdafiə olunması, Xəzər dənizində təhlükəsizlik məsələləri və ölkələrin əməkdaşlıqları müzakirə edilib. ABŞ və Azərbaycan arasında müzakirələrin nəticəsi olaraq müxtəlif tövsiyələr işlənib hazırlanacaq və yaxın zamanlarda həyata keçiriləcək.