Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski noyabrın 10-11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil Niformasiya Agentliyinə verilən məlumata görə, səfər ərəfəsində nazir R.Sikorskinin baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Nazir E.Məmmədyarovla görüş zamanı ikitərəfli münasibətlərə və regional proseslərə aid bir sıra məsələlər müzakirə olunacaq.