Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn bələdiyyə seçkilərində partiya şəkilində iştirak etməməyə qərar verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsində olan maneələri əsas tutaraq belə bir qərar veriblər: ?Bildiyiniz kimi, seçkidə partiya şəklində iştirak üçün xeyli sayda sənədlər tələb olunur. Bunları bir araya gətirmək üçünsə kifayət qədər maliyə lazımdır. Bizdə isə maddi imkanlar bəllidir. Bu səbəbdən də qərara almışıq ki, üzvlərimiz fərdi şəkildə prosesə qatılsınlar?.