Bədrəddin Quliyevin malını yenə də gömrükdə saxlayıblar
Bir müdət öncə Azərbaycana kolbasa məhsulları gətirən siyasətçi-sahibkar, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev yenə də gömrükdə problemlə üzləşib.
Müstəqil İnformasiya Agentliyinə məlumat verən B.Quliyev Türkiyədən tikinti və santexnika materialları gətirərkən gömrükdə yenidən problemlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, yüklə dolu iki maşın Qırmızı körpüdəki yoxlama keçid məntəqəsindən ölkəyə buraxılmayıb. Səbəb kimi isə heç bir arqument gətirə bilmirlər. CXP sədri onu da bildirib ki, gömrükçülər ona ?yuxarıdan desinlər, sonra buraxaq? cavabını veriblər. Partiya sədri isə ?yuxarılar?dan heç kimin qəbuluna düşə bilmədiyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51