"Donuz qripi" Azərbaycanda
Dünyanı cənginə alan "Donuz qripi" Azərbaycanda da qeydə alınıb. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumaya görə, sözügedən xəstəlik Ukraynada müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycana gələn qadında aşkarlanıb.
Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib ki, qadın qripin əlamətləri ilə xəstəxanaya müraciət edib və laborator analizlərin nəticəsi bu gecə məlum olub. Sözügedən xəstə hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə edilir. Xəstənin yaxınları da həkim nəzarətinə götürülüblər.
Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycanda iki nəfər ?A H1N1? virusu aşkarlanmışdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08