Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın iqamətgahı Vyanada olan səfiri Marius Kariqalisi Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı səfir Marius Kariqalis Azərbaycanda Avstriyanın səfiri olmasından məmnun olduğunu bildirib. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətdə fəaliyyət göstərdiyini söyləyən Səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığı qeyd edib. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan Səfir, fəaliyyəti zaman göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib. Öz növbəsində nazir E.Məmmədyarov səfir M.Kariqalisə xoş arzularını bildirərərək, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.