Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi bazlayıb
Bu gün Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələrdə parlamentin 5 komitəsi iştirak edir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanun layihəsinə dair izahat verib.
Nazir bildirib ki, büdcə layihəsi ölkənin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə, 2010-cu il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri əsasında tərtib olunub.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanun layihəsi Milli Məclisin n oyabrın 10, 11, 12 və 13-də keçiriləcək plenar iclasında çıxarılacaq.
2010-cu ilin dövlət büdcəsi zərfində gəlirlər 10 milyard 15 milyon manat, xərclər isə 11 milyard 264 milyon manat proqnozlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08