Bakının Xətai rayonu ərazisində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nobel prospektində şəhərdən Suraxanı rayonu istiqamətində hərəkət edən ?Qaz-2410? markalı avtomobil idarəetməni itirilməsi nəticəsində yoldan çıxıb və yol kənarındakı dayanacaqda avtobus gözləyən üç nəfər piyadanı vurub. Nəticədə üç nəfərdən biri - 51 yaşlı Süsənbər Ağayeva ölüb, 20 yaşlı Ceyhun Cəfərov və Elçin Niyazov isə müxtəlif dərəcəli bədən xəsarətlərı ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü polis idarəsinə aparılıb. Hazırda Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb, istintaq hərəkətləri həyata keçirilir.