Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycanda noyabrın sonunda dörd gün qeyri-iş günü hesab olunacaq. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görə, bu il Qurban bayramı noyabrın 27 və 28-də qeyd olunacaq. Noyabrın 28-i şənbə gününə təsadüf etdiyi üçün noyabrın 30-u da qeyri-iş günü hesab olunacaq.