Oktyabrın 31-də 2009-Uşaq ilinə həsr edilmiş böyük konsert keçiriləcək. Azərbaycan Dövlət Filarmoniyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, konserti Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Dirijoru isə Azad Əliyev olacaq.