Bu il ?Avroviziya? müsabiqəsində ölkəmizi layiqincə təmsil edən Aysel Teymurzadədən hamı yeni yaradıcılıq işləri gözlədiyi halda, o, bu gün jurnalistlərin qarşısına tamamilə başqa səbəbdən çıxdı. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Fransanın Danone şirkətinin Qafqaz nümayəndəliyi onu öz məhsularından biri olan Aktivia yoqurtlarının reklam siması seçib. Şirkətlə bağlanan 1 illik müqaviləyə əsasən Aysel xanım Aktivianın bütün reklam materiallarında eksklüziv təmsilçi olacaq. Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən Danone şirkətinin konfransda iştirak edən rəhbəri Haluk Uçucunun dediyinə görə, şirkət gələn il ölkəmizdə də öz fabrikini açmaq niyyətindədir. Aysel Teymurzadə ilə əməkdaşlıq isə daha gələcəkdə daha geniş müstəvidə davam etdirilə bilər. Yaxın günlərdə isə sözügedən kampaniya çərçivəsində Aktivianın Aysel xanımın iştirakı ilə xaricdən dəvət olunan mütəxəssislər tərfindən çəkilən reklam çarxının telekanallarda yayımlanması ilə yanaşı, şəhərdə bilbordlarının asılması da nəzərdə tutulub. Konfrans zamanı gözlənilməz SOS həyəcan siqnalı tədbir iştirakçılarını təşvişə saldı. Lakin təşkilatçılar binada yanğının olmadığını, həyəcan siqalının isə xüsusi təlimlərlə bağlı olduğunu dedilər.