Elmira Axundova deputat köməkçilərinin sayının artırılmasını istəyir
Milli Məclisin bugünkü iclasında millət vəkili Elimira Axundova deputat köməkçilərinin sayının artırılması ilə bağlı təkliflə çıxış edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, E.Axundova bildirib ki, millət vəkillərinə ayrılan köməkçilər iki nəfər olsa, daha yaxşı olar. Millət vəkili təklifini işlərin çox olması ilə əlaqələndirib.
Deputatın təklifinə cavab verən spiker Oqtay Əsədov isə hələlik hər deputata bir köməkçinin nəzərdə tutulduğunu və büdcədən bir köməkçiyə pul ayrıldığını deyib. Spiker onu da bildirib ki, əgər kimin imkanı varsa, öz hesabına ikinci köməkçi təyin edə bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51