?Bildiyiniz kimi, ?Azadlıq? blokuna daxil olan partiyalar seçkiyə müstəqil şəkildə qatılmağa qərar veriblər. Çünki partiya və blok şəklində seçkidə iştirak üçün hüquqi əngəllər var. Leberal Partiyanın üzvləri də seçkiyə müstəqil şəkildə namizəd olaraq, qatılacaqlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Liberal Partiyanın (ALP) sədr əvəzi Əvəz Temirxan onu da bildirib ki, ALP 524 bələdiyyədən 1510 namizədlə seçkiyə qatılmaq niyyətindədir: ?Ola bilsin ki, onların bir qismi seçkilərə qatılmaq qərarından vaz keçsin, çünki onlar maraqlı idilər ki, prosesə partiya olaraq qatılaq və efir vaxtından istifadə etsinlər. Seçkiyə qatılanlara isə azad seçim hüququ vermişik, istəsələr, partiyalılıqlarını göstərə bilərlər?.