Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn səhiyyə sahəsindəki problemlərə toxunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, P.Hüseyn çıxışı zamanı dünyada ciddi problemə çevrilən ?Donuz qripi? virusu ilə bağlı narahatlığını ifadə edib. Millət vəkili bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevin Milli Məclisə çağırılması təklifini də irəli sürüb: ?Artıq dünya bu virusdan əziyyə çəkir, həyəcan təbili çalınır. Türkiyədə də bu problem kritik həddə çatıb. Biz tələb edirik ki, Azərbaycanın səhiyyə naziri gəlib Parlamentdə məlumat versin və bilək ki, ölkədə buna qarşı hansı tədbirlər görülür?.