ilham Əliyev Bakıda yerləzən Dövlət bayrağı meydanının tikinti-qurazdırma və abadlazdırmasına 10 milyon vəsait ayırdı
Oktyabrın 26-da prezident İlham Əliyev Bakıda yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün 10 milyon manat məbləğində əlavə vəsait ayrılması haqda sərəncam imzalayıb.
Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılaraq Bakı Şəhər İcra Hakimiyyətinin hesabına köçürüləcək. Bakıda Dövlət bayrağı meydanının yaradılması haqqında prezident 2007-ci il noyabrın 17-də sərəncam verib. Hazırda bununla bağlı tikinti-quraşdırma və abadlaşdırma işləri davam etdirilir.
Dövlət bayrağı meydanının yaradılması haqda prezident İ.Əliyev 2007-ci il noyabrın 17-də sərəncam imzalayıb. Həmin il dekabrın 30-da Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında meydanın təməli qoyulub.
20 min kvadratmetr ərazisi olan meydanda ucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə ölçüsü 35x70 metr, sahəsi 2450 kvadratmetr olacaq. Dövlət bayrağının çəkisi 350 kiloqram olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08