23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Ajentliyinə verilən məlumata görə, bu günə kimi 1536 bələdiyyə üzrə 15 147 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 3046 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 8040-ı ali təhsillidir. 14 siyasi partiya builki seçkilərdə bələdiyyə üzvlüynə namziədlərini irəli sürüblər. Namizədliyi təsdiqlənmiş şəxslərdən 14 904 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 11 423 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.