1246 bələdiyyə üzrə 9042 nəfərin namizədliyi təsdiq edilib
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, bu günə kimi 1246 bələdiyyə üzrə 9042 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 1469 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 3928-i ali təhsillidir.
9 siyasi partiya (Yeni Azərbaycan, Ana Vətən, VHP, DADP, Ümid, ALDP, ADİSP, BQP və VBP) bu ilki seçkilrdə bələdiyyə üzvlüynə namziədlərini irəli sürüblər.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 7490 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 373 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51