Bu il 500 kiçik dövlət müəssisə və obyekti özəlləzdirilib
?Bu ilin yanvar-sentyabr ayları ərzində 500 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 40 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30 səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 60 səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə ödənilən dividendlərin ümumi məbləği 69 min manat təşkil edib. Həmçinin, dövlət mülkiyyətində olan, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi 330 torpaq sahəsi özəlləşdirilib?.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Əmlak Məsəslələri Dövlət Komitəsində ilin 9 ayının yekunlarına həsr edilən kollegiya iclasında səsləndirilib.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisələrə yanvar-sentyabr aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 74,6 milyon manat məbləğində investisiya qoyulub. İnvestisiya müsabiqələri üzrə özəlləşdirilən 82 müəssisəyə 475 milyon manat investisiya qoyulub ki, nəticədə təqribən 13 minə yaxın iş yeri açılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08