Fazil Mustafa növbəti dəfə BQP sədri seçildi
Dünən Böyük Quruluş Partiyasının (BQP) üçüncü - növbəti qurultayı keçirilib. BQP Ali Məclisinin sədri Əjdər Əliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, qurultayda partiyanın başqanı Fazil Mustafanın və seçkili orqanlarının hesabatı dinlənilib. İctimai-siyasi məsələlərin müzakirəsindən sonra BQP-nin rəhbər orqanlarına seçkilər keçirilib. Ə.Əliyevin sözlərinə görə, F.Mustafa yekdilliklə partiya başqanı seçilib. Sonra Ali Məclisin və Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşib.
Qurultayda partiyanın dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun sayılıb və insanların seçkidə iştirakı üçün çağırış edilib. Sonda Türkiyə ilə Azərbaycan arasında son vaxtlar münasibətlərin gərginləşməsi də toplantıda müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51