Hərəkatda ümid-AXCP qarzıdurması yaranır
Qarabağ və Respublika Uğrunda Hərəkatda yaranmış narazılıqla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının Müsavatın tərəfini tutması birmənalı qarşılanmayıb.
Belə ki, onun ?Müsavatın şərtləri müxalifətin ümumi mövqeyinə uyğundur deməsi?,- Ümid Partiyasının yanlış mövqedə olması anlamına gəlib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, əgər kimsə Müsavatın təklifinin həqlı olduğunu düşünürsə, onlarla əməkdaşlığı davam etdirə bilər: ?Mən hesab edirəm ki, biz, Müsavata haqsızsan deməmişik. Biz, Müsavata fikirlərini genişləndirib, Parlamentdən imtina edərək, daha böyük rezonansa səbəb olacaq addımlar atmağı təklif etmişik. Əgər hesab edirlərsə ki, bu, doğru deyil, onda özləri obyektiv olmurlar. Çünki 2006-cı ildə Parlamentə getməklə bağlı həmin analoji təklifi Müsavata vermişdilər. O dövrdə onlr haqlı idilər, amma 2009-cu ildə ?İqbal Ağazadə haqsızdır?,- demək nə dərəcədə düzgündür??.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51