Ukraynanın Regionlar partiyasının 23 oktyabrda Kiyev şəhərində keçirilən XII Qurultayında bu partiyanın dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti iştirak edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı Rauf Əliyev daxildir.