Dünən Neftçala şəhərində ağır qətl hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, saat 19.00 radələrində Neftçala rayon sakini Vüsal Babayev evində, qısqanclıq zəminində bacısı Təranəni iplə boğub. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Babayev tutulub.