YAP 16 min namizəd irəli sürüb
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri operativ şəkildə həyata keçirməkdədir.
Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seçki kampaniyasının hazırkı mərhələsində YAP tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün qanunvericiliklə tələb olunan müvafiq sənədləri artıq dairə seçki komissiyalarına təqdim olunub.
22 oktyabr tarixə olan məlumata görə isə YAP tərəfindən namizədliyi irəli sürülmüş 7 min nəfərə yaxın partiya üzvü dairə seçki komissiyalarından imza vərəqələri götürmüş və imzatoplama kampaniyasına başlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51