Əhəd Abıyev: ?Belə siyasi oyunbazlar gəldi-gedərdi?
?Biz, millət vəkilləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına laqeyd qala bilmərik. Bu Azərbaycanın ümumi maraqlarına ziddir. Xaricdə təzyiq altında imzalanan sənədə biz soyuqqanlı yanaşmamalıyıq. Emosiyalara da qapılmaq olmaz?.
Müstəqil İnformasiya Agetliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında deputat Əhəd Abıyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan regionda, tarixi və coğrafi baxımdan yerləşdiyi məkanda hər zaman uzaqgörən siyasət aparmalıdır: ?Hazırda bu siyasəti cənab Prezidentimiz yüksək səviyyədə aparır. Biz də dövlət başçımızın siyasətinə dəstək verib hamılıqla birlikdə müstəqil Azərbaycan dövlətinin ərazisini var qüvvəmizlə qorumalıyıq. Çünki Qarabağ məsələsində gözəgörünməyən qüvvələr çətinliklər yaradır. Azərbaycanla Türkiyə arasında ziddiyyətlər salmaq, şəkil yandırmaq, bayraq cırmaq olmaz. Bunlara ehtiyac yoxdur və hamı bilməlidir ki, bütün bunlardan maraqlı qüvvələr istifadə etməyə çalışır?.
Millət vəkili bildirib ki, bu gün Türkiyədə hakim partiyada olan bəzi qüvvələr Azərbaycana xəyanət edə bilər, amma türk dövləti, türk milləti bunu heç bir vaxt etməz: ?Belə siyasi oyunbazlar Türkiyədə gəldi-gedərdi, ancaq bir millət iki dövlətin xalqlarını heç bir qüvvə bir-birindən incik sala bilməz?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51