Pulsuz efir vaxtı və dərc üçün yer ayrılacaq KiV-lərin siyahısı açıqlandı
23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alnmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adları açıqlanıb.
Mərkəzi Seçki Komisiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, ?Azərbaycan?, ?Xalq qəzeti?, ?Respublika? və ?Bakinski raboçi? qəzetləridir.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08