Polislər Şəhidlər Xiyabanının mühafizəsini gücləndirib
Polis əməkdaşlarının bu gündən Şəhidlər Xiyabanına nəzarəti artırılıb. Belə ki, bu gün saat 12.00-dan etibarən Şəhidlər Xiyabanının ətrafına xeyli polis toplaşıb.
Müstəqil İnformasiya Agentliyi əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, hazırda sözügedən ərazidə 3-4 post patrul xidməti maşını və bir neçə mülki avtomobildə olan polislər Şəhidlər Xiyabanına keşik çəkirlər.
Qeyd edək ki, bu gün AXCP üzvləri də Şəhidlər Xiyabanının yanındakı Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin qarşısında Türk bayraqlarının yığışdırılması ilə bağlı aksiya keçirib. Ancaq aksiya başa çatsa da, polis ərazini tərk etməyib. Əksinə, ərazinin müşafizəsi daha da gücləndirilib.
Xatırladaq ki, dünən AXCP sədri Əli Kərimli Türk bayraqlarının yığışdırılması ilə xalqı etiraza çağırıb. MİA-ya daxil olan məlumata görə, bu əraziyə polis nəzarətinin artırılması əsasən bununla bağlıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08