AXCP Bakıda Türk bayraqlarının yığızdırılmasına etiraz olaraq aksiya keçirdi
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü Şəhidlər Xiyabanının yanındakı Türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ziyarətlə başlayan tədbir Türk bayraqlarının yığışdırılmasına etiraz aksiyasıdır. Aksiya iştirakçıları "Yaşasın Türkiyə, yaşasın Azərbaycan", "Türkiyə və Azərbaycan doğma qardaşdır" və s. şüarlar səsləndiriblər.
Öncə abidənin qarşısında çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu aksiyanın liderləri Əli Kərimlinin çağırışı əsasında həyata keçirildiyini bildirib: "Nəzərinizə çatdırmaq istəyirik ki, Türkiyə Azərbaycan münasibətləri Türkiyə-Azərbaycan iqtidarından deyil, xalqların iradəsindən asılıdır. İki ölkənin münasibətinə xələl gətirəcək, heç bir işin baş verməsinə yol veməyəcəyik".
Polis dörd nəfər gənci saxlayıb. Buna səbəb isə gənclərin Türkiyə və Azərbaycan bayraqlarını qaldırmaları olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08