Bu gün Milli Məclisin (MM) üzvlərindən ibarət nümayəndə heyəti Rusiya Dövlət Dumasında Ermənistan parlamentinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşüb. MM-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan deputatları ilə yanaşı, Rusiya Dövlət Dumasının üzvlərinin də iştirak edəcəyi bildirilib. Azərbaycan nümayəndə heyətində MM-in İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov, komitənin sədr müavini Rövşən Rzayev, deputatlardan Sabir Hacıyev, Gülər Əhmədova və Mixail Zabelin təmsil olunurlar. Verilən məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkonun da iştirak edəcəyi gözlənilir.