59 saylı Salyan Seçki Dairəsindən narazılıq artıb
Salyan rayonunda bələdiyyə seçkilərinə hazırlaşan namizədlərə yaradılan problemlər davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Demokratiyaya Yardım? İctimai Birliyinin rəhbəri Emil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, indi də namizədlərin hesab nömrəsi açdırması prosesində maneələr yaradılır: ?Bildyiniz kimi, namizədlər üçün hesab nömrəsi açdırmaq pulsuzdur. Amma Beynəlxalq Bankın Salyan rayon şöbəsində namizədlərdən 10 manat pul alınır. Bunun səbəbini bankın rəhbərliyindən sonruşanda isə bildirdi ki, bu barədə DSK sədri Səlamət Kərimov göstəriş verib. Halbuki DSK sədrinin belə bir səlahiyyəti yoxdur?.
Hüquq müdafiəçisi onu da vurğulayıb ki, DSK sədri müxtəlif vasitələrlə namizədlərə mane olur. E.Məmmədov artıq bununla bağlı bir neçə dəfə MSK-ya müraciət etdiyini də bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51