Oktyabrın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsveçrəyə səfərə yola düşmüşüb. Azərbaycan prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.