16 oktyabr tarixində Polşa Respublikasının Bakıdakı səfirliyində Polşa Prezidentinin Polşa-Azərbaycan münasibətlərinin inkişafına göstərdikləri xidmətlərə görə Azərbaycanın bir sıra vəzifəli şəxsinə mükafatının təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatına görə, Xarici işlər naziri Elmar Məmmədyarov, Sənaye və energetika naziri Natiq Əliyev Polşa Respublikasımın (PR) Komandor ordeni, Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Xarici işlər nazirinin müavini Xələf Xələfov PR-nın Böyük zabit ordeni, Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdri Novruz Məmmədov AR PA-nın Protokol xidmətinin rəisi Elçin Bağırov, Heydər Əliyev fondunun İcraçı Direktoru Anar Ələkbərov, XİN-in Birinci ərazi idarəsinin rəisi Rəhman Mustafayev, XİN-in Dövlət protokol idarəsinin rəisi Pərvin Mirzəzadə, Yeni Azərbaycan Partiyasının birinci Sədr müavini Əli Əhmədov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev PR-ın Kavaleri ordeni ilə, Azərbaycan dövlət filarmoniyasının direktoru Murad Adıgözəlzadə isə Qızıl xaç ordeni təltif edilib.