Salyanda müxalifətçi namizədlərə maneələr yaradılır
Salyanda bələdiyyə seçkilərinə qatılmaq istəyən müxalifətçi namizədlərə problem yaradılıb. Azərbaycan Demokrat Partiyasının (ADP) Salyan rayon təşkilatının sədri Emil Məmmədovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, ADP-nin iki üzvünün Salyan şəhər bələdiyyəsinə üzvlüyə namizəd olmaq üçün 59 saylı Salyan Seçki Dairəsinə müraciətləri qəbul olunmayıb.
E.Məmmədovun sözlərinə görə, DSK sədri Səlamət Kərimov bildirib ki, onlar şənbə və bazar günləri işləmirlər: ?Mən MSK ilə əlaqə saxlamışam, bütün bunların hamısı əsassız bəhanələrdir. Əslində həftənin bütün günləri sənədlər qəbul olunmalıdır. Sadəcə olaraq, müxalifət nümayəndələrinə süni əngəllər yaradırlar. Mən özüm DSK sədri ilə danışmışam ki, nəyə görə belə əngəllər yaradırlar?.
E.Məmmədov onu da qeyd edib ki, məsələylə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51