Qaz təsərrüfatında təbii qazdan təhlükəsiz istifadə qaydalarına riayət edilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ?Azəriqaz? İB-nin mütəxəssisləri tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Müstəqil İnformasiya Agentliyini ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, qışa hazırlıq işlərinin gücləndirilməsi ilə əlaqədar birlikdə abonentlərin daha da maarifləndirilməsi məqsədilə texniki təhlükəsizlik qaydalarını əks etdirən bukletlər, plakatlar və video çarxlar hazırlanıb. Yaxın günlərdə həmin vəsaitlərin kütləvi informasiya vasitələrində nümayiş etdirilməsi, ictimai yerlərdə və yaşayış evlərinin, hündür mərtəbəli binaların qarşısında vurulması nəzərdə tutulub. Payız-qış mövsümünün gəlişi ilə əlaqədar təbii qaza olan tələbatın artmasını nəzərə alan ?Azəriqaz? İB abonentlərdən diqqətli olmağı və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.