Bakıda tikinti zirkətinin rəhbəri intihar edib
Bakıda tikinti şirkətinin rəhbəri intihar edib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 14-də saat 22.00 radələrində baş verib. 1975-ci ildə Laçın rayonunda anadan olan, ?Oray? MMC-nin rəhbəri Qaşqay Həsənov özünü kəndirlə asıb. Onun meyidi şirkətin Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cu keçid, ev 15/2-də yerləşən ofisində asılmış vəziyyətdə aşkar edilib. Şirkət rəhbərinin özünü öldürməsinin səbəbləri hələlik məlum deyil. Hadisə yerində Binəqədi rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.
Mərhum ölümündən əvvəl onu intihara məcbur etmiş şəxsin adı olan məktub yazıb. İşin istintaqını aparan Binəqədi rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədov ANS PRESS-ə bildirib ki, Q.Həsənovun üzərində bir nəfərlə bağlı məktub çıxıb. Müstəntiq istintaq sirri olduğundan həmin şəxsin adının açıqlanmasını məqsədəuyğun saymayıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, Qaşqay Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbçi olub. Qarabağ savaşında xidmətlərinə görə, ?Azərbaycan Bayrağı? ordeni ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08