Əli Əhmədov ABŞ?ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müzavirini qəbul edib
YAP Sədrinin müavini ? İcra katibi cənab Əli Əhmədov ABŞ ? ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Coanna Qənseni partiyanın mənzil qərargahında qəbul edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Əli Əhmədov 2009 ? cu il, 23 dekabr tarixində Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, tətbiq olunacaq yeniliklər, namizədlərin müəyyən olunması və onlarla iş, təbliğat işinin həyata keçirilməsi, bu ilki bələdiyyə seçkilərində gənclərə, eləcə də qadınlara verilən üstünlük haqqında geniş məlumat verib.
Bundan əlavə, İcra katibi, payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun lahiyələri və onların perspektivi haqqında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə fikir mübadiləsi aparıb.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov Türkiyə - Ermənistan münasibətinə toxunmuş, Türkiyə hökümətinin Azərbaycanın mənafeyini daima qoruduğunu bildirmiş və bu əlaqələrinin yüksələn xətlə inkişafda olacağına əminliyini vurğulayıb. Görüş zamanı Əli Əhmədov ATƏT ? in Minsk qrupunun fəaliyyətsizliyindən də şikayətlənmiş və Azərbaycan xalqının sözügedən qrupun qeyri ? obyektiv fəaliyyətindən narazı olduğunu qonağın diqqətinə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51