iqbal Ağazadə: ?Hakimiyyət bələdiyyə seçkilərini anti-demokratik üsullarla keçirəcək?
Birləşmiş müxalifət bələdiyyə seçkilərində birgə iştirakla bağlı qərar verməsə də, quruma daxil olan Müsavat Partiyası seçkilərlə əlaqədar zona müşavirələri keçirir.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə rəhbəri olduğu təşkilatın daha əvvəl bu tipli tədbirləri həyata keçirdiyni bildirib: ?Biz namizədlərin müəyyən olunması kampaniyasını bitirmişik. Müsavat bu prosesə hələ indi başlayır. Amma təəssüf edirəm ki, yerlərdə Müsavata təzyiqlər olur. Bu təzyiqlər nəticəsində ölkədə ictimai-siyasi vəziyyət daha da bədbin hala düşür. Mənə elə gəlir ki, bu kampaniya hərəkat çərçivəsində olsaydı, daha effektli olardı. Amma yenə də hər bir partianın öz taktikası var. Bu da Müsavatın hüququdur?.
İqbal Ağazadə hakimiyyətin müxalifət partiyalarının seçkilərlə bağlı keçirdiyi tədbirlərə maneçilik törədilməsindən də narahat olduğunu bildirib: ?Hakimiyyətin müxalifətin tədbirlərinə maneçilik törətməsi seçkini demokratik keçirməyəcəyinə, ənənəni pozulmayacağına işarədir. Bütün bunlar onu göstərir ki, hakimiyyət bələdiyyə seçkilərini də anti-demokratik üsullarla keçirmək istəyir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51