Aparıcı müxalifət partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın liderləri bu həftə torlanacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Hərəkata daxil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə toplantının dəqiq gününün bəlli olmadığını bildirib. Onun sözlərinə görə, hərəkat liderlərin budəfəki görüşündə qurum daxilindəki fikir ayrılıqları ilə bağlı müzakirə aparılıb, yekun qərar veriləcək. İ.Ağazadə bundan əlavə, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələlər müzakirə olunacaq.