ilham Əliyevin iordaniya Hazimilər Krallığına rəsmi səfəri baza çatıb
Oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına rəsmi səfəri başa çatıb. Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Marka Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi İordaniya Kralı II Abdullah, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Dövlət başçısı həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08