Dəmir yolunda sərnizin dazınması haqlarının artırılması gözlənilir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunda sərnişin daşınması haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, sərnişin qatarlarında bir biletin orta qiyməti 3.5 manat təşkil edir: ?Əgər bunu sərnişin daşıyan digər nəqliyyat vasitələrinin qiymətləri ilə müqayisə etsək görərik ki, bu rəqəmlər bir neçə dəfə aşağıdır".
Onun sözlərinə görə, dəmir yolunda biletlərin qiymətinin aşağı olması sərnişin daşınması təsərrüfatında problemlər yaradır: "Qatarların qorunmasını və sərnişinlərin təhlükəsizliyini daim təmin etmək lazımdır".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19