Şirniyyat sexlərində aparılan monitorinqlər bir müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, həmin müəssisəyə aşkarlanan nöqsanları aradan qaldırmaq üçün vaxt verilib: ?Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan bir müəssisənin haqqında inzibati qaydada cərimə protokolu tətbiq edilmişdir. Həmin müəssisəyə təmir işlərinə başlamaq və sanitariya qaydalarına riayət etmək üçün konkret vaxt verilib. Əks təqdirdə fəaliyyəti dayandırılacaq?. İ.Abdullayev deyib ki, balıq məhsullarının üzərində aparılan monitorinqlərin nəticələri gələn həftənin ilk günlərində bəlli olacaq.