Türkiyəyə səfər edən azərbaycanlı deputatları baz nazir Ərdoğan qəbul edəcək
Türkiyəyə səfər edəcək bir qrup azərbaycanlı millət vəkilini baş nazir Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Müstəqil İnformasiya Agentliyinin ?haberturk.com?a istinadən yaydığı xəbərə görə, görüş oktyabrın 14-də Ankarada olacaq.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinə Fəzail Ağamalı, Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli daxildir.
Xatırladaq ki, eyni gün Ermənistan prezidenti Serj Sarkisyan da Türkiyədə olacaq. O, Türkiyə prezidenti Abdulla Güllə bərabər Bursada oynanacaq futbol qarşılaşmasını izləyəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08