Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında Kişinyovda keçirilən üçtərəfli görüş başa çatıb. Verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Qeyd edək ki, oktyabrın 8-də Azərbaycan və Ermənistan prezidentləri də Kişinyovda bir araya gəliblər. Bu, onların il yarım ərzində baş tutmuş 7-ci görüşüdür.