Hacıqabulun mərkəzi küçələri yenə sel sularına qərq olub
Dünən axşam saat 18-19 radələrində Mişovdağda başlayan şiddətli yağış Hacıqabul rayon mərkəzinin dörd küçəsinin yenidən subasmasına səbəb olub. Müstəqil İnformasiya Agentliyinin bölgə müxbirinin verdiyi məlumata görə, yarım saat yağan leysan xarakterli yağışdan onra 800-ə yaxın evin həyəti və birmərtəbəli evlərin giriş hissəsi sel sularına qərq olub.
MİA-nın əməkdaşı onu da bildirib ki, ərazidə dərhal təmizlənmə işlərinə başlanılsa da, 200-ə yaxın evin həyəti hələ də təmizlənməmiş qalır. Hacıqabul rayon icra hakimiyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Sahib Aslanovun verdiyi məlumata görə, hazırda ərazidə 4 yanğınsöndürən maşın, Fövqəladə Hallar Nazirliyinin 4 motopompası sed sularını çəkməklə məşğuldur. S.Aslanovun verdiyi məlumata görə, rayonun elektrik, qaz təhcizatında, o cümlədən telefon rabitəsində hər hansı bir problem yaranmayıb.
Maraqlı bir nüans da ondan ibarətdir ki, son dövrlər rayon mərkəzinin yaxınlığnda yerləşən Hacıqabul gölünun suyu quruyur. Amma buna baxmayaraq, quruyan göllün yaxınlığında yerləşən rayon mərkəzi hər yağışdan sonra subasma ilə üzləşir. Yerli sakinlər bunu təbiət pozğunluğu kimi qiymətləndirirlər. Sakinlərin sözlərinə görə, rayon mərkəzindəki yaşayış evlərinin əksəriyyəti həmin gölün səviyyəsindən də aşağıda tikildiyi üçün yağışdan sonra bu cür acınacaqlı vəziyyət yaranır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08