Taxıl Fondu yerli istehsalçılardan buğdanın qəbul müddətini uzadıb
Taxıl Fondu üçün buğda qəbulunun müddətinin artırılması gözlənilir. Taxıl Fondu idarəsindən verilən məlumata görə, bununla bağlı hökumət qurumlarında müzakirələr aparılır. Taxıl fondundan isə bildirirlər ki, əksər hallarda yerli taxılın yapışqanlılıq göstəricisi fondun tələblərinə uyğun gəlmir. Belə ki, 3-cü sinif taxılın yapışqanlılıq göstəricsi 23 faizdən az olmamalıdır. Yapışqanlılıq az olanda həmin taxıldan bişirilən çörəyin keyfiyyəti aşağı olur.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevsə deyir ki, ölkədə yüksək keyfiyyətdə taxıl istehsal edilir. Sadəcə fermerlərin taxılı saxlama və təmizləmək problemləri var. Nazir müavini hesab edir ki, buğdanın keyfiyyətini artırmaq üçün fermerlər aqrotexniki qaydalara da düzgün əməl etməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08