Prezident ilham Əliyev çexiya nümayəndə heyətini qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və Çexiyadan mütəmadi olaraq müxtəlif səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərlərini əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident əmin olduğunu bildirib ki, Çexiyanın baş nazirinin müavini, müdafiə nazirinin ölkəmizə bu səfəri də Azərbaycanla Çexiya arasında münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət edəcək.
Ölkələrimiz arasında əlaqələrin daha sıx xarakter aldığını müsbət hal kimi qiymətləndirən Martin Bartak deyib ki, ?biz bu regionda Azərbaycana çox sabit bir ölkə kimi baxırıq?. Qonaq ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğuladı və ümid etdiyini bildirib ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız daha da genişlənəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08